Formula 1 İmola Qran Prisi ləğv edildi
Formula 1 rəhbərliyi 2023-cü il İmola Qran Prisinin İtaliyada baş verən daşqın fəlakəti səbəbindən ləğv edildiyini açıqlayıb.
AFN.az HaberGlobala istinadən xəbər verir ki, Formula 1-də mövsümün 6-cı yarışı olan Imola Qran Prisinin bu həftəsonu baş tutmalı idi. Lakin İtaliyanın Emilia Romagna bölgəsində günlərdir davam edən pis hava şəraiti səbəbindən FIA yarışın ləğv edildiyini açıqlayıb.
Formula 1 administrasiyasından verilən açıqlamada Formula 1 administrasiyası, FIA administrasiyası, İtaliya Avtomobil Klubunun Prezidentliyi və Emilia-Romagna bölgəsinin meri tərəfindən İmola Qran Prisinin baş tutmayacağına qərar verildiyini bildirib.
Açıqlamada deyilir: "Belə bir qərar verməli olduq. Çünki tamaşaçıların, komandaların və şəxsi heyətin təhlükəsiz olacağı yarış təşkil etmək mümkün deyildi. Bu çətin zamanda yerli rəhbərlik və təcili yardım qruplarının üzərinə əlavə yük qoymaq düzgün olmazdı".