Zeynəb Xanlarovanın Seyid Şuşinski ilə nadir görüntüsü – VİDEO


Azərbaycanın korifey müğənilərindən olan Zeynəb Xanlarovanın yaşının ən müxtəlif dövrlərinə aid videogörüntülü ifaları olsa da, amma yeniyetmə dövrlərini əhatə edən çox az kadrları var.


AFN.az ölkə.az-a istinadən xəbər verir ki, onun bir müğənni kimi formalaşmasında dahi Seyid Şuşinskinin böyük rolu olub. Zeynəb Xanlarova onun ən sevimli tələbələrindən biri olub.

Bununla bağlı bir neçə il əvvəl Xalq artisti Ceyran Haşımova Zeynəb Xanlarovanın tələbəlik illəri haqqında xatirələrini də bölüşüb.

"Mən Asəf Zeynallı adına musiqi məktəbində dərs deyəndə Zeynəb Xanlarova mənim gözümün qabağında tələbə idi. Onun dövlət imtahanında komissiya üzvü olmuşam. Mənim dövrümdə bitirib məktəbi. O, Seyid Şuşinskini tələbəsi olub”, - o qeyd edib.

Xalq artisit onu da əlavə edib ki, tələbələr Zeynəbdən çox şikayət edərdilər:

“Zeynəb dağlı qızı olaraq şən insan idi. Kimsə ona nəsə söz deyirdisə, mütləq o sözün cavabını qaytarırdı. Qabağından yeyən olmayıb. Uşaqlar gəlib mənə şikayət edirdilər ki, biz Zeynəbə nə deyiriksə, bizə cavab qaytarır, imkan vermir dərsə qulaq asaq. O vaxt mən həm dərs deyirdim, həm də Asəf Zeynallı adına musiqi məktəbində şöbə müdiri idim. Gəlib mənə şikayət edirdilər. Zeynəbi yanıma çağırıb deyirdim ki, sən qızsan, onlar oğlan. Xanımlar bir az nəcib olmalıdır. Deyirdi ki, Ceyran müəllimə, mənə sataşırlar, mən də cavablarını verirəm”.

İndi isə tələbə dövründə Zeynəb Xanlarovanın ifa etdiyi mahnının unikal bir fraqmentini təqdim edirik. Həmin kadrlarda Seyid Şuşinskinin də onu dinləməsi anı yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu