Eluned Morqan Uelsin baş nazir seçilib


Uels regional baş naziri Vaughan Qetinqin istefasından sonra parlamentdə keçirilən səsvermədə Eluned Morqan Uelsin ilk qadın baş naziri seçilib.



Morqan açıqlamasında "Bu gün Uelsin ilk qadın baş naziri kimi sizin qarşınızda dayanmaq mənim həyatımın ən böyük şərəfidir" deyib.

Keçən ay Uels İşçi Partiyasının yeni lideri olan və 2021-ci ilin mayından Səhiyyə Naziri vəzifəsində çalışan Morqan Uels Parlamentində (Senedd) 28 millət vəkilinin səsini alıb.

İngiltərə kralı III Çarlzın təsdiqindən sonra Uelsin ilk qadın baş naziri olan Eluned Morqan rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Yeni baş nazir Morqan liderlik rolunu öz üzərinə götürdüyü zaman sələfinin nailiyyətlərinə hörmətlə yanaşacağını və bu mirasa öz töhfələrini əlavə edəcəyini vəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu