Con Svinni Şotlandiyanın baş naziri oldu


Şotlandiya Milli Partiyasının yeni sədri Con Svinni Şotlandiyanın Holyrood Muxtar Parlamentində keçirilən səsvermədən sonra Şotlandiyanın yeni regional baş naziri olub.


Şotlandiyanın regional baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Həmzə Yusifin həm baş nazirlik, həm də partiya sədrliyindən istefa verməsindən sonra liderliyə namizəd olan Con Svinni üçün Şotlandiya parlamentində səsvermə keçirilib.

2000-2004-cü illər arasında keçmiş baş nazirin müavini və SNP lideri olan Svinni Holyroodda keçirilən səsvermədə 64 səslə parlamentdə çoxluğu qazanıb.

Liderlik yarışında iştirak edən digər üç namizəd Duqlas Ross 31, Anas Sarvar 22 və Aleks Koul-Hamilton 4 səs toplayıb.

Beləliklə, 60 yaşlı Svinni Şotlandiyanın yeni regional baş naziri olub.

Svinninin sabah İngiltərə kralı III Çarlza sədaqət andı içərək Şotlandiyanın regional baş naziri vəzifəsinə rəsmən başlayacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu