Şagird yerdəyişməsinə start verilir


Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.


AFN.az-ın xəbərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu