BMT Rusiya əsirliyində olan ukraynalı əsgərlərə kütləvi işgəncələr verildiyini açıqlayıb


Rusiya tərəfindən əsir götürülən, demək olar ki, bütün ukraynalı əsgərlər işgəncələrə məruz qalıb.


AFN.az xəbər verir ki, bunu BMT-nin Ukraynadakı insan haqları üzrə monitorinq missiyasının rəhbəri Daniel Bell Hollandiyanın NOS telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin 95 faizi qeyri-insani rəftarla üzləşib.

“Onları metal barmaqlıqlar və dəyənəklərlə döyür, elektrik cərəyanı ilə işgəncə verir və soyundururlar. Bu, BMT adından məhbuslara baş çəkdiyim 20 illik karyeramda gördüyüm ən pis şeydir. İşgəncə geniş yayılmış və struktur xarakterlidir” deyən Bell bu cür hərəkətlərin müharibə cinayəti olduğunu xatırladıb.

BMT nümayəndəsi əlavə edib ki, ona Rusiyada ukraynalı hərbi əsirləri görməyə icazə verilmir, ona görə də onlar qayıtdıqdan sonra məlumat alır. Bell qeyd edib ki, Ukraynada belə bir problem yoxdur. Xüsusilə, orada o, rus hərbi əsirlərinə sərbəst baş çəkir və onların saxlandığı yerləri qiymətləndirmək imkanı əldə edir.

“Tam miqyaslı işğalın ilk günlərində bəzi problemlər olsa da, indi, xüsusən də son il yarımda gördüklərimiz beynəlxalq humanitar hüquqa tam uyğun gələn saxlanma şəraitidir”, - Bell bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu