Rusiya ilə Ukrayna arasında əsir düşən 190 əsgər dəyişdirilib


Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə Rusiya arasında ümumilikdə 190 əsir əsgərin dəyişdirildiyini bildirib.


Nazirlikdən verilən məlumata görə, danışıqlar nəticəsində Ukraynada əsir götürülən 95 rus əsgəri Moskvaya təhvil verilib, bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən 95 əsgər Kiyevə təhvil verilib.

Açıqlamada, "Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin əsirlikdən azad edilməsi zamanı humanitar vasitəçilik edib" - deyə bildirilir.

Bildirilib ki, azad edilən rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə Moskvaya aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu