Yaponiyada 150 mindən çox insan tayfun təhlükəsinə görə təxliyə olunmalıdır


Yaponiyanın Aomori, İvate və Yamaqata prefekturalarının 150 mindən çox sakinə səhər saatlarında şimal-şərq Tohoku bölgəsinin sahillərini vuran “Mariya” qasırğasının yaxınlaşması ilə əlaqədar təhlükəsiz yerlərə təxliyə edilməsi tövsiyə olunub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Aomoridə Haçinohe şəhərinin 23 mindən çox sakini təxliyə mərkəzlərinə sığınmaq tövsiyəsi alıb. İvatedə, Kuji, Tanohata, İvayzumi və digər yaşayış məntəqələrində 130 mindən çox insan oxşar mesajlar alıb.

İvatenin 50 minə yaxın sakini üçün bəzi tövsiyələr ləğv edilsə də, digər yaşayış məntəqələri ilə bağlı oxşar tədbirlər gücləndirilib.

"Mariya" tayfunu Tohoku bölgəsinin şərq hissəsindədir və bu gün axşam saatlarında Kyuşu adasını keçərək Yapon dənizi sahilinə çatacaq. Meteoroloqların məlumatına görə, tayfun ərazisində küləyin sürəti 25-35 m/s-ə çatır.

Qasırğa 86 reysin ləğv edilməsinə səbəb olub, dəmir yolu operatorları mümkün qatarların ləğvi və ya gecikmələri barədə xəbərdarlıq edib, bərə xidmətləri dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu