Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxır
"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) - TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
22.00 Ludoqorets (Bolqarıstan) - Qarabağ (Azərbaycan)
Baş hakim: Simon Sozza.
"Ludoqorets Arena".
İlk oyun: 2:1.