BMT Kurskdan təxliyə edilənlərə kömək etmir? - AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsi Kursk vilayətindən təxliyə edilənlərə yardım göstərmir, lakin bölgədə baş verənlərdən xəbərdardır.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Olqa Serado bildirib.
“BMT QAK Kurskdan mülki şəxslərin təxliyə edilməsindən və bölgədə fövqəladə vəziyyət elan edilməsindən xəbərdar olsa da, qəbulu, qeydiyyatı və vəziyyətə ümumi reaksiyanı təmin edən milli hakimiyyət orqanlarıdır”, - deyə Serado BMT-nin təxliyyə edilənlərə kömək etməməsinin səbəbini izah edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiyadan öz missiyasını Kursk vilayətinə göndərmək üçün giriş istəyib.