Çin Kursk bölgəsindəki vəziyyəti diqqətlə izləyir


Çin diqqəti Kursk bölgəsindəki vəziyyətə yönəldib və münaqişənin deeskalasiyasına çağırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin hazırkı vəziyyəti diqqətlə izləyir. “ÇXR-in Ukrayna məsələsində mövqeyi ardıcıl və aydındır”, - deyə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş mesajda bildirilir.

Açıqlamada qeyd edilir ki, rəsmi Pekin bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə əlaqələri davam etdirəcək: “Çin böhranın siyasi həllinin təşviqində konstruktiv rol oynamağa davam edəcək”.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Regionda dəfələrlə raket təhlükəsi elan edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Ukrayna qoşunlarının hücumları nəticəsində 8 mindən çox insan sərhədyanı rayonlardan təxliyə edilib, 6 mindən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu