“Rosatom”un baş direktoru və MAQATE rəhbəri Kursk AES ətrafında vəziyyəti müzakirə ediblər


“Rosatom”un baş direktoru Aleksey Lixaçev və MAQATE rəhbəri Rafael Qrossi Kursk AES ətrafında vəziyyəti müzakirə ediblər.



Bu barədə RİA Novosti xəbər verib.

Bildirilib ki, telefon danışığı zamanı beynəlxalq təşkilatın rəhbəri nüvə təhlükəsizliyi prinsiplərinə riayət edilməsinin və xüsusilə AES-in fiziki bütövlüyünün təmin edilməsinin vacibliyindən danışıb. "Rosatom" həmçinin qeyd edib ki, Qrossi Kursk AES ətrafında baş verənlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək və vəziyyəti nəzarətdə saxlayacaq.

Qeyd edək ki, daha əvvəl MAQATE Kursk vilayətindəki vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağıran təşkilat rəhbərinin mövqeyini səsləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu