MAQATE-nin baş direktoru Çavuşoğlu ilə Zaporojye AES-in qorunmasını müzakirə edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Zaporojye AES ətrafında vəziyyəti müzakirə edib.


Bu barədə Rafael Qrossi Twitter-də məlumat verib. "Regional sabitlik və inkişaf üçün Türkiyənin səsi vacibdir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Zaporojye AES-in qorunmasının əhəmiyyəti, nüvə silahlarının yayılmaması məsələləri və Akkuyu AES-in tikintisinin gedişi ilə bağlı əla fikir mübadiləsi apardıq", - deyə MAQATE rəhbəri bildirib.

Xatırladaq ki, Qrossi mart ayında müvəqqəti işğal altında olan Zaporojye AES-ə ikinci dəfə baş çəkdikdən sonra bildirmişdi ki, stansiyanı müdafiə etmək artıq mümkün deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu