Ukrayna BMT-ni Zaporojye AES-ə sülhməramlı göndərməyə çağırıb


Ukraynanın “Energoatom” şirkətinin prezidenti Petr Kotin BMT-ni Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) sülhməramlılar göndərməyə çağırıb.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Problem ondadır ki, MAQATE səviyyəsində həll yolu yoxdur. Proses irəli getmir. Biz bu problemi növbəti mərhələyə keçirməyi təklif edərdik”, - Kotin bildirib. O, həmçinin vurğulayıb ki, Kiyev BMT Təhlükəsizlik Şurası çərçivəsində sülhməramlılar məsələsini qaldırmaq niyyətindədir.

Dekabrın 23-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ZNPP ətrafında təhlükəsizlik zonasının formalaşdırılması üzrə diplomatik səylərlə bağlı açıqlama verərək bildirib ki, danışıqların yekun məqsədi stansiyada qəzanın qarşısını almaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu