Dünyada təxminən 4,4 milyon insanın təhlükəsiz içməli suya çıxışı yoxdur


135 aşağı və orta gəlirli ölkədə yaşayan təxminən 4,4 milyon insan təhlükəsiz içməli suya çıxışı yoxdur.



"Science" jurnalında dərc edilən araşdırmada insanların təhlükəsiz suya çıxışı quru, hava və peyk məlumatları, sorğular və coğrafi modelləşdirmədən istifadə edilərək qiymətləndirilib.

Tədqiqat 135 aşağı və orta gəlirli ölkədə təxminən 4,4 milyon insanın təhlükəsiz içməli sudan məhrum olduğunu göstərib.

Araşdırmada 2020-ci ildə təhlükəsiz içməli suya çıxışı olmayan insanların sayının 2 milyondan çox olduğu, 2024-cü ildə isə bu rəqəmin iki dəfə artacağı müəyyən edilib.

Vurğulanıb ki, dünyada mövcud siyasət və təcrübələr yeni su infrastrukturu qurmaqla əlçatanlığın artırılmasına diqqət yetirir, lakin su xidməti suya çıxışdan daha çoxdur.

Araşdırmada yüksək temperatur və mövsümi yağıntıların təhlükəsiz içməli suya çıxışa mənfi təsir göstərdiyi qeyd edilməklə yanaşı, çirklənmə və ya yerli su ehtiyatlarından həddindən artıq istifadə səbəbindən suyun uzaq mənbələrdən şəhər mərkəzinə daşınmasının da xərcləri artırdığı bildirilib.

Tədqiqat həmçinin su xidmətləri sahəsində investisiyalarda xərclər və bərabərsizliklərin nəzərə alınması lazım olduğuna diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu