Burkina Faso Rusiyadan kömək umur


Burkina Faso Rusiyanın təhlükəsizlik sahəsində bəzi məsələlərdə yardımına ümid edir.


AFN.az xəbər verir ki, bunu TASS-a Burkina-Fasonun müdafiə və veteranlarla iş üzrə naziri Kassum Kulibali deyib.

Eyni zamanda o vurğulayıb ki, afrikalılar özləri öz təhlükəsizliklərini təmin etməlidirlər: "Heç kim bizdən daha yaxşı təhlükəsizliyi təmin edə bilməz. Rusiya bəzi sahələrdə bizə kömək edə bilər, amma bizim özümüzün də əlimiz, ağlımız və meylimiz var. Lakin bizdə müəyyən biliklər çatışmır. Onlar (ruslar - red.) bizə kömək etsinlər, amma biz istəmirik ki, kimsə yerimizi tutsun”.

Onun sözlərinə görə, Rusiyanın yanaşmaları bu məntiqə uyğun gəlir. “Biz çətin yolu öyrənib öz reallıqlarımızla və qarşımızda olanlarla üzləşməyi üstün tuturuq, ona görə də rus dostlarımızla bu prinsip əsasında bir-birimizi yaxşı başa düşürük”, - deyə nazir yekunlaşdırıb.

Kulibali avqustun 12-dən 14-dək keçirilən “Army 2024” beynəlxalq hərbi-texniki forumunda iştirak etmək üçün Moskvada səfərdə olub. Tədbir çərçivəsində Kulibali Rusiyanın müdafiə naziri Andrey Belousov ilə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu