Belçikada heyvanlarda ölümcül xəstəlik yayılıb


Belçikada qoyun, keçi, iribuynuzlu mal-qara və inəklərdə “mavi dil" xəstəliyi kimi tanınan virusla əlaqəli xəstəlik yayılıb.



Federal Qida Agentliyinin paylaşdığı məlumatlara görə, ayın əvvəlində başlayan “mavi dil" xəstəliyi getdikcə yayılmaqdadır.

Hazırda ümumilikdə 874 baş qoyun, keçi, inək və iribuynuzlu mal-qara bu xəstəliyin daşıyıcısıdır ki, bunun da 544-ü flamanddilli regiondadır.

Xəstəlik xüsusilə qoyunlar arasında yayılır.

Virus 500-dən çox fermaya təsir etsə də, ümumilikdə neçə heyvanın tələf olduğu hələ məlum deyil.

Virus insanlara sirayət etmir.

Xəstəliyə yoluxmuş heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə bir növ ağcaqanad səbəb olur.

Heyvanlarda yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu