ABŞ-da yeni virus panikası: 5-9 yaşlı uşaqlarda sürətlə yayılır


ABŞ-da 2024-cü ilin əvvəlindən 5-9 yaşlı uşaqlarda aşkar edilən “parvovirus”un nisbətində 40 faiz artım müşahidə olunub.



"The Hill" xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən edilən açıqlamada, "parvovirus"un (B19 adlı DNT virusunun yaratdığı və üzərində parlaq qırmızı səpgilərə səbəb olan viral xəstəlik) nisbətində yüksək artım var. Xəstəliyin xüsusilə 5-15 yaş arası uşaqların yanaqlarında müşahidə edildiyi ifadə edilib.

Açıqlamada son iki ildə xəstəliyə yoluxma hallarının artdığı və 5-9 yaş arası uşaqlarda baş verən yoluxmanın ilin əvvəlindən 40 faiz artdığı vurğulanıb.

Bəyanatda bədənə daxil olan tənəffüs damcıları ilə keçən bu virusun daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi yüngül simptomlar göstərdiyi, ancaq immun sistemi problemi olan və ya xroniki qan xəstəlikləri olan insanlarda problem yaradacağı bildirilib.

Bəyanatda virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu