Saakaşvilinin partiyasının deputatları mandatdan məhrum edilə bilərlər


Gürcüstan parlamentinin eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatları siyasi birliyin konstitusiyaya zidd olduğu elan edildikdən sonra deputat mandatlarından məhrum ediləcəklər.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib. "Fikrimcə, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı. Lakin bu qərarı yalnız Konstitusiya Məhkəməsi verə bilər" - deyə o qeyd edib.

Kobaxidze hesab edir ki, Vahid Milli Hərəkat Partiyasını konstitusiyaya zidd kimi tanımaq ölkə siyasətindəki mühitin yaxşılaşdırılması üçün zəruridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu