Şavkat Mirziyoyev: COP29-da iştiraka ciddi hazırlaşırıq


Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.


Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.

Özbəkistan dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29 qlobal iqlim sammitinə ev sahibliyi edəcək: "Geniş regionumuzda ilk dəfədir ki, belə sammit keçirilir. Bu da Azərbaycanın xarici siyasət kursunun effektivliyinin tanınmasını bir daha təsdiqləyir. Özbəkistan da COP29-da iştiraka ciddi hazırlaşır. Uğurlar arzulayıram. Biz həmişə yanınızda olacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu