Rusiyanın Volqoqrad vilayətində həbsxanada üsyan baş verib


Rusiyanın Volqoqrad vilayətindəki həbsxanada üsyan baş verdiyi, ölən və yaralananların olduğu açıqlanıb.



Rusiya mətbuatında yer alan xəbərlərə görə, bəzi məhbuslar Volqoqrad vilayətindəki həbsxanada üsyan ediblər.

Qiyamın intizam komissiyasının iclası zamanı başladığı, hadisələrdə ölən və yaralananların olduğu bildirilir.

Sosial şəbəkələrdəki yazılarda həbsxana rəisinin və bəzi zabitlərin girov götürüldüyü bildirilir. Paylaşılan görüntülərdə bəzi zabitlərin məhbuslar tərəfindən öldürüldüyü görünür.

Qiyamı terror təşkilatı İŞİD üzvlərinin törətdiyi iddia edilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu