Mozambikdə həbsxanadan 39 məhbus qaçıb


Mozambikdə həbsxanadan 39 məhbusun qaçdığı açıqlanıb.



Mozambik Həbsxana Müdirliyinin açıqlamasına görə, ölkənin mərkəzi hissəsindəki Zambezia əyalətindəki həbsxanada iğtişaş baş verib.

Açıqlamada iğtişaşdan sonra 39 məhbusun bəzi nəzarətçiləri yaralayaraq həbsxanadan qaçdığı paylaşılıb.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində sözügedən həbsxanada 44 məhbusun saxlanıldığı, 39 məhbusun qaçdığı, 1 nəfərin öldüyü qeyd edilib.

Həbsxanada 4 məhbusun qaldığı, qaçanların tutulması üçün əməliyyata başlanıldığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu