Makron: Durovun saxlanması qərarı siyasi deyil


Fransa prezidenti Emmanuel Makron Telegram sosial şəbəkəsinin həmtəsisçisi Pavel Durovun Fransada saxlanılması qərarının siyasi olmadığını deyib.


"Telegram rəhbərinin Fransa ərazisində saxlanılması davam edən istintaq çərçivəsində həyata keçirilib. Bu, heç bir halda siyasi qərar deyil. Bu işdə qərarları hakimlər verir" - deyə o X-də yazıb.

Fransa prezidenti əlavə edib ki, Durovun həbsindən sonra Fransa haqqında çoxlu yalan məlumatlar görür. Onun sözlərinə görə, Fransa söz və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa həmişəkindən daha çox sadiqdir: “Qanunların icrası tam müstəqilliyə malik olan məhkəmələrə həvalə olunur. Hüquqi dövlətdə, real həyatda olduğu kimi, sosial şəbəkələrdə də azadlıqlar vətəndaşların müdafiəsi üçün qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu