Fransa Durovun həbs müddətini uzadıb
Fransa məhkəmə orqanları "Telegram" mesajlaşma proqramının təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durovun həbs müddətinin 48 saat uzadılmasına qərar verib.
“Le Point” qəzetinin məlumatına görə, avqustun 24-də yerli vaxtla saat 20:00 radələrində Parisin Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılan Durovun həbs müddəti iki gün uzadılıb.
Fransada saxlanma müddəti maksimum 96 saatla məhdudlaşdırıldığı halda, Durovun bu müddətin sonunda sərbəst buraxılması və ya barəsində cinayət işi açılaraq yenidən saxlanılmasına qərar verilə bilər.
Mənbə: AA