Kreml: Durovun nədə ittiham olunduğunu bilmirik
Kremlin sözçüsü Dmitri Peskov "Telegram"ın qurucusu və baş direktoru Pavel Durovun Fransada saxlanması ilə bağlı şərh vermək üçün hələ tez olduğunu və Durovun nədə ittiham olunduğunu hələ dəqiq bilmədiklərini bildirib.
Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna ordusunun Kurska hücumuna cavab vermək məcburiyyətində olduqlarına diqqət çəkən Peskov, "Təbii ki, bu cür düşmənçilik hərəkətləri uyğun cavabsız buraxıla bilməz. Cavab mütləq olacaq" qeyd edib.
Peskov Kursk hücumlarının Rusiya və Ukrayna arasında gizli danışıqlara təsir etdiyinə dair iddiaları da rədd edərək, "Heç bir danışıqlar olmayıb və danışıqlar mövzusu indi əhəmiyyətini itirib" bildirib.
Mənbə: AA