Zambiyada karxananın çökməsi nəticəsində 9 nəfər ölüb


Zambiyanın paytaxtı Lusakadan təxminən 50 kilometr şərqdə, Çonqvedə qeydiyyata alınmamış karxanada çökmə baş verib.



Bu barədə Çonqvedenin polis sözçüsü Rae Hamunga mətbuata açıqlama verib.

Hamunqa, çökmə nəticəsində 9 nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralanaraq xilas olduğunu qeyd edib. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Zambiyanın şimalında açıq mis mədənində baş verən çökmə nəticəsində 30-a yaxın mədənçi həyatını itirmişdi.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu