Gürcüstanda 230-dan çox QHT yeni qanunla qeydiyyat üçün müraciət edib


Artıq Gürcüstanda 230-dan çox qeyri-hökumət təşkilatı qüvvəyə minmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq Reyestri Milli Agentliyinə müraciət edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Gürcüstan ədliyyə nazirinin birinci müavini Tamar Tkeşelaşvili deyib.

“Hazırda yenilənmiş məlumatlara görə, 233 təşkilat qeydiyyat üçün Milli Vətəndaşlıq Reyestri Agentliyinə müraciət edib" - deyə o, bildirib.

Avqustun 30-da Konstitusiya Məhkəməsində parlamentin qəbul etdiyi qanuna qarşı birgə iddiaların ikinci iclası başlayıb. Qanunun icrasının təfərrüatlarını izah etmək üçün Ədliyyə Nazirliyinin nümayəndələri dəvət olunub. Tkeşelaşvili təşkilatları cərimələrdən qaçmaq üçün qanuna əməl etməyə çağırıb, onun sözlərinə görə, idarə hər cür kömək etməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu