Gürcüstan müxalifəti xarici agentlər haqqında qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıb


Gürcüstan parlamentinin müxalifət deputatları ölkədə qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıb.


Bu barədə Gürcüstan mediası məlumat yayıb. Deputatla bildiriblər ki, onlar ayrı-ayrı müddəalara deyil, bütün qanuna etiraz edirlər. Müxalifət hesab edir ki, bu qanun Gürcüstan Konstitusiyasına ziddir, ona görə hökumət orqanları ölkənin Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirləri görməlidir. Parlamentarilərin fikrincə, qanun Avropaya inteqrasiyanı əngəlləyir.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili və 100-dən çox gürcü qeyri-hökumət təşkilatı analoji iddialarla Konstitusiya Məhkəməsinə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu