Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsinə veto qoydu


Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin üçüncü oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyub.


Bu barədə mayın 18-də Gürcüstanın “Ambebi” nəşri məlumat yayıb.

Zurabişvili qeyd edib ki, bu qanun rus qanunudur və ölkə konstitusiyasına ziddir. Prezident həmçinin qeyd edib ki, bu Gürcüstanın Avropa yolunda əngəl törədən qanun layihəsidir.

“Bu qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir. Bu qanun ləğv edilməlidir”, - deyə o, brifinqdə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu