"Neptun"un külli miqdarda vergi borcu var


"Neptun” Supermarketlər Şəbəkəsi külli miqdarda vergi borcu ödəmir.


Valyuta.az-ın araşdırmasına görə, Supermarketlər Şəbəkəsinin bu il sentyabr ayının 2-nə yığılmış vergi borcu 128 min 469 manat təşkil edib.

Ötən ilin dekabr ayında isə bu rəqəm 161 min manatdan yüksək olub.

Qeyd edək ki, "Neptun-S” MMC kimi dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Anar Nurəddin oğlu Quliyev, nizamnamə kapitalı isə 10 manatdır.

Xatırladaq ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu