Millimizin səfər matçının hakimləri müəyyənləşdi


Azərbaycan millisinin sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının II tur oyununun hakim təyinatları açıqlanıb.


Koşitse Futbol Arenasında təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Damian Silvestrzak olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu