Brügge Bələdiyyəsindən "Airbnb"yə qadağa

Avropanın ən turistik şəhərlərindən biri olan Belçikanın Brügge şəhəri qısamüddətli yerləşdirməni təşkil edən "Airbnb" platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır.
YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge ifrat turizmlə mübarizə aparmaq üçün "Airbnb"yə bəzi qadağalar qoymağa hazırlaşır.
Milli mətbuatda yer alan xəbərlərə görə, Brügge Bələdiyyəsi turistlərin çoxluğundan yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platforması "Airbnb"nin mövcud obyektlərinə yeni obyektlərin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.
Mənbə: AA