Finlandiya ruslar üçün daşınmaz əmlak əməliyyatlarını qadağan edib
Finlandiya hakimiyyəti Avropa İttifaqından kənar ölkələrdən alıcılar üçün altı daşınmaz əmlak əməliyyatını qadağan edib.
AFN.az “İnterfaks”a istinadən xəbər verir ki, həmin ölkələr arasında Rusiya vətəndaşları da var.
Finlandiyanın müdafiə naziri Antti Hakkənen Rusiya, Ukrayna və İsveçrə vətəndaşlarına daşınmaz əmlakın alınmasına icazənin verilməsindən imtina edən altı qətnamə imzalayıb. Söhbət Mikkeli, Lieksa və İmatra şəhərlərindəki obyektlərlə bağlı əməliyyatlardan gedir. Alıcılar fiziki və bir hüquqi şəxs olub.
Qərar xüsusi icazə tələb edən Daşınmaz Əmlakın Təhvil verilməsi Aktına uyğun olaraq qəbul edilib. Müdafiə Nazirliyi bu əməliyyatların şübhə doğurduğunu və milli təhlükəsizliyə təhdid yarada biləcəyini, habelə milli müdafiənin təşkilinə və ya ərazi bütövlüyünün qorunmasına mane ola biləcəyini vurğulayıb.