Filippində uşaq istismarı və insan alverində günahlandırılan keşiş tutulub


Filippində uşaqlara cinsi zorakılıq və insan alverində təqsirləndirilən, İsa Məsih Krallığı Kilsəsinin lideri və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən axtarışa verilən pastor Apollo Karreon Quiboloy tutulub.


Ölkənin daxili işlər naziri Benhur Abolos sosial mediada verdiyi açıqlamada 3 ildir ədalətdən qaçan keşiş Quiboloyun Davao şəhərində tutulduğunu təsdiqləyib.

Polis iki həftədir ki, ölkənin cənubundakı Davao şəhərində İsa Məsihin Krallığı Kilsəsinin binasında qalan Quiboloyu ələ keçirməyə cəhd edib, lakin tərəfdarları polis üzvlərinə icazə verməyiblər.

Polis və silahlı qüvvələr 24 saatlıq ultimatum verdikdən sonra Pastor Quiboloy polisə təslim olub.

Filippin prezidenti kiçik Ferdinand Markos verdiyi açıqlamada bildirib ki, ona adi məhbus kimi davranılacaq və hüquqlarına hörmət ediləcək. "Prosesi sona qədər aparacağıq. Proses şəffaf olacaq. Prosesdə iştirak edən hər kəs məsuliyyətə cəlb edilib” - deyə prezident qeyd edib.

Quiboloy üçün ABŞ-dan ekstradisiya tələbi olmadığını bildirən Markos, keşişin ilk növbədə yerli məhkəmələrdə mühakimə olunması və ona qarşı irəli sürülən ittihamlara cavab verməsi lazım olduğunu vurğulayıb.

Quiboloy FTB-nin axtarılanlar siyahısında olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu