Rusiya ordusu Donetskdə dörd yaşayış məntəqəsini nəzarətə götürdü


Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətinin Qalitsynovka, Qriqorovka, Krasnoqorovka və Vodyanoye yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.



Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.

Məlumatda Rusiya ordusunun cəbhədə irəliləyişini davam etdirdiyi bildirilib.

Açıqlamada son 24 saatda 175 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi, Fransa istehsalı olan "Hammer" və ABŞ istehsalı olan "HIMARS" raketlərinin də havada qarşısının alındığı bildirilib.

Qeyd edək ki, Rusiya ordusu sentyabrın 1-dən Donetsk vilayətində 10 yaşayış məntəqəsini nəzarətə götürüb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu