Mask: Robotların sayı insanları iki dəfə üstələyəcək


"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask gələcəkdə demək olar ki, hər bir insanın şəxsi robotunun olacağını proqnozlaşdırıb.


Onun sözlərinə görə, yaxın gələcəkdə robotların sayı insanların sayından təxminən iki dəfə çox olacaq. “Kim robot partnyor istəməz ki? Hər kəs bunu istəyir”, - deyə Mask qeyd edib.

Sahibkar robotların yayılmasının iqtisadiyyata müsbət təsirini də proqnozlaşdırıb. Maskın sözlərinə görə, avtonom avtomobillər və robotlar iqtisadi artımı və məhsuldarlığı qeyri-müəyyən müddətə artıra biləcək. Mask bildirib ki, gələcəkdə bəşəriyyət ekzistensial problemlə üzləşəcək: “Süni intellektin (AI) əlimizdən gələni edə biləcəyi, lakin daha yaxşısını edə bildiyi bir dünyada necə məna tapa bilərik?”

"Tesla" rəhbəri şirkətin üzərində işlədiyi "Optimus" robotlarından da danışıb. Onun sözlərinə görə, mühəndislər hazırda 11 sərbəstlik dərəcəsinə malik maşının manipulyatorlarını təkmilləşdirməyə çalışırlar. Mask hesab edir ki, insan əlinin 25 dərəcəyə qədər sərbəstliyi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu