Belarus: Qərb kəşfiyyatı hava sərhədimizi dəfələrlə pozub


2024-cü ildə Belarusun hava sərhədi Qərb kəşfiyyatı tərəfindən beş dəfə pozulub.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus ordusunun Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qüvvələrinin (AD) komandanı Andrey Lukyanoviç bildirib.

“Biz yüksək səviyyəli kəşfiyyat təyyarələrinin, həm taktiki, həm strateji, həm də pilotsuz uçuş aparatlarının olduğunu görürük. Dövlət sərhədinin beş pozulması da qeydə alınıb”, - deyə komandir bildirib.

Lukyanoviç əlavə edib ki, təkcə 2024-cü ildə Belarus sərhədi boyunca Qərbin 1400-dən çox kəşfiyyat aktivi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu