İsrail: Dünən gecə Livandan 150 raket atılıb


İsrail Müdafiə Qüvvələri (IDF) dünən gecədən bəri davam edən hava hücumlarında Livandan ölkənin şimalına 150 raket, qanadlı raket və PUA hücumunun edildiyini açıqlayıb.



Açıqlamada raketlərin İsrailin şimalında əvvəlki atışlardan daha geniş və daha dərin bir əraziyə düşdüyü və bölgədə hava hücumu sirenlərinin işlədiyi bildirilib.

İsrail ordusu raketlərin mülki ərazilərə doğru atıldığını bəyan edib və əvvəlki atışların daha çox hərbi hədəflərə yönəldiyini vurğulayıb.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu