Hindistanda bəbirin hücumuna məruz qalan uşaq ölüb


Hindistanın Maharaştra əyalətinin Pune şəhərində bəbirin hücumuna məruz qalan uşağın öldüyü bildirilib.



"Asian News İnternational" (ANI) xəbər verir ki, Pune şəhərinin Junnar rayon meşə bölməsinin rəsmiləri və polisi məsələ ilə bağlı açıqlama verib.

Səlahiyyətlilər Tejivadi kəndində yaşayan uşağın yerli vaxtla saat 04.30 radələrində evinin arxasındakı meşəlik əraziyə getdiyini və orada bəbirin uşağa hücum etdiyini qeyd edib.

Səlahiyyətlilər 9 yaşlı uşağın cansız cəsədinin tapıldığını bildirib və sakinlərə bəbirdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Hindistan mətbuatında mart ayından bəri bölgədə bəbir hücumları nəticəsində daha 5 nəfərin öldüyü bildirilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu