Tədqiqat: Yadplanetlilərlə ünsiyyət forması kvant ola bilər
Kosmosda digər qalaktikalardan kütləvi radio dalğalarının yayılmasını gözlədiyimiz halda, kainat təəccüblü dərəcədə sakit görünür. Yeni bir araşdırma göstərir ki, bəlkə də bunun səbəbi yadplanetlilərin bizim onların qabaqcıl kvant texnologiyalarını aşkar etmək üçün hələ təchiz olunmadığımızı görməsi ola bilər.
Edinburq Universitetinin nəzəri fiziki Laszam Boyl yadplanetlilərin kvant rabitə texnologiyalarından istifadə edərək ünsiyyət qura biləcəyini söyləyib.
Bu rabitə növü klassik radio dalğaları vasitəsilə göndərilən mesajlardan daha çox məlumat daşıya bilər.
Boyl öz məqaləsində yadplanetlilərin kvant bitlərindən (qubits) istifadə edərək daha səmərəli ünsiyyət qura bildiyini izah edir.
Bununla belə, bu cür ünsiyyəti aşkar etmək indiki texnologiya səviyyəmizlə mümkün deyil.
Kvant rabitəsi klassik ünsiyyətdən fərqli olaraq daha həssas cihazlar tələb edir. Bu o deməkdir ki, insanlar hələ bu qabaqcıl texnologiyadan istifadə etmək üçün kifayət qədər inkişaf etməyiblər.
Araşdırmada bildirilir ki, bu rabitə növünü aşkar etmək üçün yer kürəsində qəbuledici cihazların eni ən azı 100 kilometr olmalıdır.
Alternativ olaraq, bu cihazların ay kimi yer atmosferindən kənarda yerləşdirilməli olduğu da bildirilir.
Nəticədə yadplanetlilər bizimlə kvant əlaqə qurmağa çalışsalar belə, yerin texnoloji uyğunsuzluğu səbəbindən bu çağırışları eşidə bilmirik.
Mənbə: Sciencealert