İran: Zəngəzur dəhlizi kimi mübahisəli mövzularda regional əməkdaşlıq vacibdir


İran Rusiya ilə münasibətləri gücləndirməyə ciddi yanaşır.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə deyib: "Münasibətlərimizin bütün səviyyələrdə inkişaf etdiyi yaxşı tempdən çox məmnunam. Mən vurğulamaq istərdim ki, İranın yeni hökuməti əlaqələrimizin möhkəmlənməsinə ciddi yanaşır”.

Vitse-prezidentin sözlərinə görə, Rusiya ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir. O qeyd edib ki, Qərbin sanksiyalarına qarşı müqavimətdə iki ölkənin ümumi təcrübəsi və onları neytrallaşdırmaq üçün əməkdaşlığa ehtiyac Tehran və Moskvanın bütün səviyyələrdə əməkdaşlığını zəruri edir.

Aref vurğulayıb ki, Rusiya ilə bütün sahələrdə, o cümlədən Zəngəzur nəqliyyat dəhlizi kimi mübahisəli mövzularda regional əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu