Quterreşdən Livanla bağlı çağırış


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Livanda artan gərginlikdən dərin narahat olub və dərhal mötədilliyə çağırır.


BMT-dən verilən açıqlamada Quterreşin bu gün səhər saatlarında Livanın baş naziri Necip Mikati ilə telefonla danışdığı və baş katibin baş nazirə "Bütün BMT sistemi Livanı dəstəkləməyə hazırdır" dediyi bildirilib.

Bəyanatda baş katibin Livanda artan gərginlikdən dərin narahat olduğu və dərhal təmkinli olmağa çağırdığı qeyd edilib.

Quterreş dərhal atəşkəsin yaradılmasının və Livanda hərtərəfli müharibənin nəyin bahasına olursa olsun qarşısının alınmasının vacibliyini vurğulayıb. Baş katib Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyinə diqqət çəkib.

Bəyanatda baş katibin təmaslarını davam etdirəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu