ABŞ və İsrail Hizbullahla bağlı razılığa gəldi
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallantla telefon danışığında Hizbullahın hücum infrastrukturunun ləğv edilməsi ilə bağlı razılığa gəlib.
ABŞ Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, telefon danışığı zamanı ikili təhlükəsizlik sahəsindəki inkişaflar və İsrailin əməliyyatları dəyərləndirilib.
Ostin ABŞ-ın İsrailin özünü müdafiə hüququna dəstəyini təsdiqləyib.
İki nazir həmçinin Hizbullahın İsrailə qarşı hücumlar həyata keçirməsinin qarşısını almaq üçün sərhəd boyu hücum infrastrukturunu məhv etmək mövzusunda razılaşıblar.
Hazirlər qısa zamanda təhlükəsizlik və sabitliyi təmin etmək üçün hərbi hücumlardan diplomatik zəminə keçməyin vacibliyini müzakirə edib, həmçinin İranın İsrailə birbaşa hücum edəcəyi təqdirdə ortaya çıxacaq ciddi nəticələri müzakirə ediblər.