ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışıblar


ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Andrey Belousov bu gün səhər saatlarında telefon danışığı aparıblar.



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında Lloyd Ostin ilə Rusiya Müdafiə naziri Andrey Belousov arasında keçirilən görüş barədə məlumat verib.

Sinq bildirib ki, Ostin rusiyalı həmkarı ilə telefon danışığında “Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayıb”.

Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyini deyən Sinq iki müdafiə naziri arasında söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.

Ostin və Belousov sonuncu dəfə iyunun 25-də telefonla danışıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu