Z nəsli üçün siqaret qadağası 1,2 milyon insanın həyatını xilas edə bilər


Yeni modelləşdirmə araşdırmasına görə, 2006-2010-cu illərdə doğulmuş nəsillərə tütün satışının qadağan edilməsi əsrin sonuna qədər ağciyər xərçəngindən təxminən 1,2 milyon ölümün qarşısını ala bilər.



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ağciyər xərçəngi hallarının 85 faizi siqaretdən qaynaqlanır və bu xərçəng növü bütün dünyada ən ölümcül xərçəng hesab olunur.

Mövcud siqaret meylləri davam edərsə, 2006-2010-cu illər arasında doğulmuş təxminən üç milyon insanın ağciyər xərçəngindən öləcəyi proqnozlaşdırılır.

Bununla belə, hesablamalara görə, 650 milyon insana siqaret satışı qadağan edilsə, 2095-ci ilə qədər 1,2 milyon ölümün qarşısı alına bilər.

Araşdırma "The Lancet Public Health" jurnalında dərc olunub.

Tədqiqat tütünsüz bir nəsil yaratmağın təsirlərini araşdıran və 185 ölkədən xərçəng yoluxması və ölüm nisbətləri ilə bağlı məlumatlardan istifadə edən ilk tədqiqatlar sırasındadır.

Kişilərdə ağciyər xərçənginə bağlı ölümlərin 45 faiz-dən çoxunun, qadınlarda isə 31 faizinin qarşısı alına bilir.

Mənbə: Sciencealert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu