Transferlərdə yeni dövr - FİFA yeni plan hazırlayıb


FİFA transferlərlə bağlı yeni plan hazırlayıb. Plana görə, FİFA 1-10 iyun 2025-ci il tarixləri arasında qüvvədə olacaq yeni transfer dövrü həyata keçirir.



Mövcud transfer müddətinə əlavə olaraq nəzərdə tutulan bu 10 günlük transfer dövrünün hazırda yalnız 2025-ci ilin yayında keçiriləcək Klublararası Dünya Çempionatına qatılacaq klublar üçün keçərli olacağı öyrənilib.

Bu müddət ərzində müqavilənin uzadılması və ya başqa komandaya transfer imkanı təmin ediləcək.

FİFA-nın bu qərarı yalnız turnirdə iştirak edəcək 32 komandaya aid olsa da, qitə federasiyaları istəsələr, bu transfer müddətində iştirak edə bilərlər.

Dünya futbolunun bu 10 günlük transfer müddətini həyata keçirməsi layihəsinin səbəbi turnirdə iştirak edən klubların heyətlərini nizamlamasını təmin etmək və turnir bitənə qədər müqaviləsi olan və ya bitəcək futbolçuların davamlılığını təmin etməkdir.

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu