Nigeriyada silahlı hücumlarda 9 nəfər həyatını itirib
Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.
Milli mətbuatda yayılan xəbərlərə görə, naməlum silahlı şəxslər Katsina əyalətinin Faskari və Matazu bölgələrində hücumlar həyata keçirib.
Hücumlarda 6 yerli təhlükəsizlik qüvvəsi və 3 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb.
Nigeriyanın Katsina əyalətinin qubernatoru Dikko Umaru Radda hücumla bağlı verdiyi açıqlamada hücumu pisləyib və bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.
Qeyd edək ki, Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.
Mənbə: AA