Nigeriyada silahlı hücumlarda 12 nəfər ölüb


Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib.



Katsina-Ala bölgəsinin millət vəkili Conatan Aqbidye verdiyi açıqlamada, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücumun həyata keçirildiyini bildirib.

Aqbidye hücumda 6 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib. Çox sayda adamın qaçırıldığını deyən Aqbidye silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu