Tramp ABŞ-da venesuelalı dəstələrə qarşı mübarizə aparmağa çağırıb


Venesuelalı miqrantların cinayətkar dəstələri amerikalılara, polis məmurlarına və ABŞ vətəndaşlarına qarşı cinayətlər törədirlər. Ona görə də ABŞ hökuməti onları cəzalandırmaq üçün edam qərarı qəbul etməlidilər.



“The Wall Street Journal” (WSJ) xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Koloradoda seçki kampaniyası zamanı deyib.

Trampın sözlərinə görə, onun seçki proqramına Venesuela quldur dəstələrinə mənsub bütün qeyri-qanuni mühacirlərin mühakimə olunmadan həbsini və deportasiyasını nəzərdə tutan “Aurora əməliyyatı” adlanan plan daxildir.

Sentyabrın 11-də Donald Tramp Kamala Harrislə debat zamanı Ohayo ştatının Sprinqfild şəhərində qeyri-qanuni mühacirlərin yerli sakinlərdən ev heyvanlarını oğurlayaraq onları yediklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu