Almaniya kəşfiyyatı təxribat ehtimalı ilə bağlı xəbərdarlıq etdi


Almaniya kəşfiyyatı Rusiyanın Almaniyada təxribat törətməsi ehtimalına qarşı xəbərdarlıq edib.



Almaniyada daxili kəşfiyyata cavabdeh olan Konstitusiyanın Mühafizəsi Departamentinin rəhbəri Tomas Haldenvanq Bundestaqdakı çıxışında Moskvanın agentləri və tərəfdarlarının Almaniyada təxribat və casusluq fəaliyyətinin artdığını bildirib.

"Biz Rusiya kəşfiyyat xidmətlərinin aqressiv hərəkətlərini müşahidə edirik", - Haldenvanq bildirib.

Federal Kəşfiyyat Xidmətinin (BND) direktoru Bruno Kahl "Spiegel"də dərc olunan mövzu ilə bağlı xəbərdə Moskvanın öz ölkələrindəki gizli kəşfiyyat fəaliyyətlərinin görünməmiş səviyyəyə çatdığına diqqət çəkib.

Rusiya prezidenti Vladimir Putinin Qərbin qırmızı xətlərini sınaqdan keçirdiyini ifadə edən Kahl, vəziyyətin daha da pisləşəcəyini gözləmədiklərini bildirib.

Almaniya Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Martina Rosenberg də Almaniya Silahlı Qüvvələrinin (Bundesver) casusluq və təxribat fəaliyyətlərinin diqqət mərkəzində olduğunu bildirib.

"Kritik infrastruktura casusluq cəhdləri narahatlıq doğurur və daha çox diqqət tələb edir" deyə Rosenberg vurğulayıb.

İyul ayında Leypsiq hava limanında konteynerin alovlanması ilə bağlı hadisədə təxribat ehtimalının Almaniya təhlükəsizlik rəsmilərinin xüsusilə narahat olduğu bildirilib.

Qeyd edilib ki, Leypsiq hava limanında insident yük daşınmasında yandırıcı qurğunun olması səbəbindən baş verib.

Bildirilib ki, sözügedən daşıma vaxtında həyata keçirilsə idi təyyarədə baş verən yanğın nəticəsində böyük fəlakət baş verə bilər, lakin xoşbəxtlikdən təyyarə gecikib və yanğın limanda baş verib. Bunun da nəticəsində təyyarədə qəza baş verməyib,

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu